“Liverpul” və Braziliya milli komandasının qapıçısı Alisson Beker karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Offsideplus.az “The Sun”a istinadən xəbər verir ki, “Əl-İttihad” qolkiperin xidmətində maraqlıdır.

33 yaşlı futbolçunun mövsümün sonunda klubunu dəyişəcəyi gözlənilir.

Alissonun “Liverpul”la müqavilə müddəti 2027-ci il iyununa qədər qüvvədədir.