NBA-nın ulduz forvardı Kevin Durant sosial şəbəkələrdə yayılan qalmaqallı yazışma ilə gündəmə gəlib. İddialara görə, "Oklahoma Siti Thunder" azarkeşi Durantdan məktəb üçün keçirilən xeyriyyə aksiyasına dəstək istədikdə, oyunçu ona kobud şəkildə cavab verib.

Offsideplus.az xəbər verir ki, yayılan ekran görüntüsündə azarkeş Durantdan OKC-dəki azarkeşləri unutmadığını göstərmək üçün yardım etməsini xahiş edib. Durant isə cavabında "Mən sizə heç nə borclu deyiləm. Mənə və həyatına heç bir marağım yoxdur. Zəhmət olmasa, məni rahat burax" kimi ifadələr işlədib. Azarkeş sonradan bunun sadəcə zarafat olduğunu və Durantın heç bir öhdəliyi olmadığını bildirib. Hazırda yazışmanın həqiqiliyi rəsmi təsdiqlənməyib. Lakin Durantın sosial şəbəkələrdə azarkeşlərlə tez-tez sərt ünsiyyət qurması bu paylaşımın sürətlə yayılmasına səbəb olub.