"Nyu-York Niks"in əsas oyunçularından Ceylen Branson ailəsi ilə birlikdə Thirty Third Management Group adlı yeni şirkət təsis edib. Bu şirkət Bransonun meydançadan kənardakı brend və biznes layihələrinin idarə olunması, eləcə də peşəkar idman, biznes və xeyriyyəçilik sahəsində müştərilərin maraqlarının təmsil olunması ilə məşğul olacaq.
Offsideplus.az xəbər verir ki, şirkətin prezidenti basketbolçunun anası Sandra Branson olacaq, bacısı Erika isə müştərilərlə işə cavabdeh təyin edilib. Qeyd edək ki, bu addım Bransonun karyerasının ən uğurlu mövsümündən sonra atılıb. O, "Nyu-York Niks"ə 53 ildən sonra ilk dəfə NBA çempionluğunu qazandırmağa kömək edib.


