Dana Uayt Dana White’s Contender Series-də braziliyalı Ednilson Santos üzərində qələbə qazanan Qırğızıstan təmsilçisi Akbar Abdullayevin çıxışını xüsusi qeyd edib.

Offsideplus.az xəbər verir ki, Uayt Abdullayevin nokaut zərbəsini belə dəyərləndirib: "Bu zərbə beysbol dəyənəyinin səsi kimi idi. Səni son 10 ildə bu şouda çıxış edən ən yaxşı istedad adlandırıram. Sən böyük ulduza çevriləcəksən. Növbəti döyüşünü səbirsizliklə gözləyirəm".

Abdullayev əvvəllər ONE Championship-də çıxış edib. Onun MMA-da rekordu 14:0-dır.