UFC-nin keçmiş iki çəki dərəcəsində çempionu İliya Topuriya 2027-ci ilin fevralında döyüşə qayıtmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Alvaro Kolmenero məlumat verib. Onun sözlərinə görə, Topuriyanın fiziki hazırlıq üzrə məşqçisi bildirib ki, İliya artıq Mayamidə məşqlərə başlayıb və fevraldan etibarən döyüşə hazır olacaq. Komanda əsas prioritet kimi Castin Geyci ilə revanş döyüşünü görür, digər mümkün variant isə Paddi Pimblettdir.