"Mançester Siti"nin qapıçısı Canluici Donnarumma Enzo Mareskanın rəhbərliyi altında keçən cari mövsümün "keçid dövrü" adlandırılmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, bu barədə bunları söyləyib:

"Keçid" sözü mənim çox xoşuma gəlmir. Klubun məqsədi qələbə qazanmaqdır. Komandanın məqsədi qələbə qazanmaqdır. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik.

Mövsümü titullarla da başa vura bilərik, heç nəsiz də qala bilərik. Lakin əsas məsələ qalib mentalitetidir: meydana çıxmaq və mümkün olan hər şeyi qazanmağa çalışmaqdır".

Qeyd edək ki, "şəhərlilər" hazırda Premyer Liqada keçirdikləri 4 matçdan sonra 12 xal toplayaraq 2-ci pillədə qərarlaşıblar.