Amerikalı döyüşçü Neyt Diaz İslam Maxaçevin UFC-dəki çıxışını yüksək qiymətləndirib. O, şəxsi münasibətlərində heç vaxt Maxaçevlə problem yaşamadığını bildirib.

Offsideplus.az xəbər verir ki, Diaz bu barədə belə danışıb: "İslam Maxaçevlə heç vaxt aramızda insident olmayıb. Ümumiyyətlə, heç kimlə ciddi qarşıdurmam olmayıb. Bir dəfə çoxdan Xabiblə rastlaşmışdıq, onda bir az gərginlik yaşanmışdı, amma bununla da bitdi. Maxaçev işini əla görür, yaxşı nəticələr göstərir. Mən elə düşünürdüm ki, o, Gerri üzərində qələbə qazanacaq".