"Kəpəz"in futbolçusu Viktor Stina Moldova yığmasına çağırılıb.
Offsideplus.az Moldova Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Millətlər Liqası çərçivəsində keçiriləcək matçlar üçün milli komandanın heyətinə cəlb olunub.
Stina Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr) və Qazaxıstan (2 oktyabr) yığmaları ilə oyunlarda komandasına kömək edə bilər.
Qeyd edək ki, bu yay "Kəpəz"in heyətinə qoşulan moldovalı hücumçu Misli Premyer Liqasında keçirdiyi 5 qarşılaşmada 2 qolla yadda qalıb.


