"Arsenal"ın 16 yaşlı hücumçusu Maks Doumen Liqa Kubokunda "İpsviç"ə qarşı keçirilən matçda (4:2) dubl edərək İngiltərə futbolunun tarixinə düşüb.
Offsideplus.az xəbər verir ki, "topçular"ın gənc futbolçusu Premyer Liqa klubunun heyətində bütün turnirlər daxil olmaqla bir oyunda iki qol vuran 16 yaşlı ikinci futbolçu olub.
Bu barədə "Opta" analitik portalı məlumat yayıb.
Bunu edən ilk futbolçu Ueyn Runi olub. İngiltərə futbolunun əfsanəsi 2002-ci ilin oktyabrında "Everton"un heyətində Liqa Kubokunun "Rekshem"lə matçında iki dəfə fərqlənmişdi.
Qeyd edək ki, M.Doumen "Arsenal"ın əsas komandasında keçirdiyi 14 rəsmi matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
İngiltərə Liqa Kuboku, 1/16 final
"İpsviç Taun" – "Arsenal" 2:4
Qollar: Doumen, 7 (0:1), Madueke, 16 (0:2), Doumen, 47 (0:3), Mikel Merino, 58 (0:4), Mehmeti, 62 (1:4), Akpom, 90+1 (2:4).


