MMA-nın əfsanəvi simaları Fedor Yemelyanenko və Rendi Kutur Nyu-Yorkda bir araya gəlib. Hər iki sabiq çempion yeni yaradılan Ki adlı MMA təşkilatının təqdimat mərasimində iştirak edib.
Offsideplus.az xəbər verir ki, tədbirə Bellator-un keçmiş prezidenti Skott Koker rəhbərlik edib. Qeyd edək ki, 49 yaşlı Fedor Yemelyanenkonun MMA-da 40 qələbəsi və 7 məğlubiyyəti var. 63 yaşlı Rendi Kutur isə karyerası ərzində 19 dəfə qalib gəlib, 11 dəfə uduzub. Skott Kokerin rəhbərliyi ilə yeni təşkilatda döyüşlər ringdə keçiriləcək və Qran-pri formatı tətbiq olunacaq.


