"Naxçıvan" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Səid İsmayılovu transfer edib.
22 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
182 sm boya malik oyun qurucusunun son klubu "Ordu" olub.
Qeyd edək ki, S.İsmayılov həmçinin Azərbaycan millisinin geniş heyətində yer alır.


