Brayan Orteqa 20 sentyabrda UFC 331-də keçiriləcək döyüşdə Renatu Moykano ilə qarşılaşmalı idi, lakin zədə səbəbindən turnirdən kənarlaşdırılıb.

Offsideplus.az xəbər verir ki, Orteqanın gözünün üstündə yaranan kəsik səbəbindən ona bir neçə tikiş qoyulub.

Qeyd edək ki, bu döyüş əvvəlcə mart ayında UFC 326-da baş tutmalı idi, lakin həmin vaxt da Orteqa zədə üzündən iştirak edə bilməmişdi. Moykano üçün UFC 331-də yeni rəqib tapılmayıb.

O, növbəti dəfə 31 oktyabrda UFC Fight Night 292-də Tom Nolanla əsas döyüşdə qəfəsə çıxacaq.