UFC-nin yüngül çəkidə çempionu İslam Maxaçev Con Consun 20 ardıcıl qələbə seriyasını rəsmi hesab etmir. O, Consun dopinqə görə cəzalandırıldığını xatırladıb və bu səbəbdən seriyanın etibarsız olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Maxaçev bu barədə belə deyib: "Mən hesab etmirəm ki, Con Consun 20 ardıcıl qələbəsi var. İnkar etmirəm, Cons tarixdə ən güclü idmançılardan biridir, amma o, iki dəfə dopinqdə yaxalanıb. Seriyası etibarlı deyil, çünki dopinqdən istifadə edib və qələbə qazanıb. Bundan sonra yeni hesab başlanır. Amma yenə də o, ən güclülərdən biridir. Ən güclü kimdir? Bilmirəm, bir ad çəkmək istəmirəm".