İan Gerrinin məşqçisi Dieqo Lima UFC 330-da İslam Maxaçevə qarşı keçirilən döyüş barədə fikirlərini bölüşüb. O bildirib ki, Gerri bir qədər aqressiv çıxış etsəydi, Maxaçevi nokauta sala bilərdi.
Offsideplus.az xəbər verir ki, Lima döyüşdən sonra hər iki idmançının üzündəki izlərin qarşılaşmanın nə qədər gərgin keçdiyini göstərdiyini deyib. "Əgər bir az daha aqressiv olsaydıq, onu nokauta sala bilərdik. Amma bilirdik ki, qarşımızda bir nömrəli döyüşçü var. Maxaçev barədə əlavə söz deməyə ehtiyac yoxdur – o, inanılmaz dərəcədə dözümlü və çox çətin rəqibdir. Gerri qələbəyə çox yaxın idi, buna görə də revanşda qalib gələcəyinə inanıram. Maxaçevin gücünü danmaq fikrim yoxdur, o, həqiqətən çox güclüdür. Amma hər kəs, o cümlədən İslam da gördü ki, Gerriyə qarşı döyüşmək nə qədər çətindir", – deyə Lima vurğulayıb.
Qeyd edək ki, UFC 330-da İan Gerri İslam Maxaçevə hakimlərin yekdil qərarı ilə uduzub.


