UFC-nin hazırkı yüngül çəkidə çempionu İslam Maxaçev ADCC 2026 turnirində 77 kq çəki dərəcəsində qızıl medal qazanan qrapplinq ustası Maqomed Carbayevi təbrik edib.
Offsideplus.az xəbər verir ki, Maxaçev bu münasibətlə fikirlərini belə ifadə edib: "Mən həmişə deyirəm, dağıstanlılara bir az şərait və imkan verin, biz özümüzü istənilən sahədə göstərə bilərik. Qrapplinq ölkəmiz üçün nisbətən yeni idman növüdür, amma artıq ADCC üzrə yeni dünya çempionumuz var. Bu, böyük nəticə və əlamətdar uğurdur! Məhəmmədi və onun komandasını bu qələbə münasibətilə təbrik edirəm! Eyni ruhda davam et. Əminəm ki, nəticələrin və zəhmətin gənc güləşçilər üçün böyük nümunə və motivasiya olacaq".
Qeyd edək ki, Carbajev ADCC-də qızıl medal qazanan ikinci rusiyalı idmançı olub. Ondan əvvəl bu uğura 1999-cu ildə Karimula Barkalayev imza atıb. İslam Maxaçev həmçinin bildirib ki, hazırda Cordan Berrouz ilə güləşmək planında yoxdur, lakin gələcəkdə belə bir qarşılaşma istisna deyil.


