İngiltərənin "Mançester Yunayted" klubu "Barselona"nın müdafiəçisi Erik Qarsiyanı heyətinə qatmaq üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, "Qırmızı Şəytanlar" ispan futbolçu üçün rəsmi təklif təqdim ediblər.
Daha əvvəl "Paris Sen-Jermen"ə mümkün keçiddən imtina edən futbolçunun masasında hələ də yeddi fərqli təklibin olduğu bildirilir.
Bu təkliflərdən biri isə "Barselona"dakı mövcud müqavilə şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı nəzərdə tutur.


