Fransalı hücumçu Bredli Barkolanın yaşıl meydanlara dönüşü təxirə düşə bilər.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Andoni İraola futbolçunun hələ tam fiziki formaya düşmədiyini və komanda məşqlərində iştirak etmədiyini açıqlayıb.
Vəziyyətlə bağlı açıqlama verən İraola bildirib: "O, fərdi şəkildə məşq edir, lakin artıq topla toxunuşlara başlayıb. Biz onun mümkün qədər tez qayıtmasını istəyirik."
Fransalı futbolçunun tam bərpa olunub heyətə dönməsi üçün hələ müəyyən zamana ehtiyac olduğu və qayıdışının gözləniləndən bir qədər gec baş tutacağı qeyd olunur.


