"Liverpul" klubu gələn yay heyətini gücləndirmək üçün böyükmiqyaslı transferə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi "Bornmut" komandasının gənc hücumçusu Rayanı transfer etmək üçün klub rekordunu yeniləməyi nəzərdən keçirir.
Braziliyalı futbolçunun xidmətində ciddi maraq olduğu bildirilir. 20 yaşlı oyunçunun müqaviləsində 2027-ci ildə qüvvəyə minəcək nəhəng — 130 milyon funt-sterlinq (152 milyon avro) məbləğində sərbəstqalma bəndinin olduğu qeyd olunur. "Liverpul" rəhbərliyinin bu bəndi aktivləşdirərək transferi reallaşdırmağa hazırlaşdığı vurğulanır.



