İngiltərə mətbuatı Mançester derbisindən sonra "Mançester Yunayted"in kapitanı Bruno Fernandeşi hədəfə alıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin matç zamanı sərgilədiyi davranışlar ölkə mediasında geniş müzakirələrə səbəb olub.
"Daily Mirror" qəzeti yazır: «Bruno Fernandeşin Fil Fodenlə insident zamanı sərgilədiyi qəbuledilməz davranış 'Mançester Yunayted' kapitanına qətiyyən yaraşmır.»
Derbidən sonra komandanın kapitanının liderliyi, meydandakı münasibəti və ümumi performansı ciddi suallar doğurub, azarkeşlər və mütəxəssislər tərəfindən tənqid atəşinə tutulub.


