​"Barselona"nın gənc ulduzu Lamin Yamal verdiyi iddialı açıqlamalarla gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, istedadlı hücumçu dünya futbolundakı mövqeyi və fərdi mükafatlar barədə düşüncələrini bölüşüb.

​Dünyanın ən yaxşıları sırasında özünü və Fransa millisinin ulduzunu önə çəkən Yamal bildirib: "Kilian Mbappe və mən dünyanın ən yaxşı iki oyunçusuyuq. Amma hesab edirəm ki, bu il 'Qızıl Top'u qazanmağa mən layiqəm."