"Barselona"nın gənc ulduzu Lamin Yamal son açıqlamaları ilə gündəm yaradıb.
Offsideplus.az xəbər verir ki, karyerasının erkən dönəmində əldə etdiyi nailiyyətlərdən danışan futbolçu əfsanəvi oyunçularla bağlı fikirlərini bölüşüb.
Dünya futbolunun tarixi simalarını xatırladan Yamal bildirib: "Lionel Messi, Kriştiano Ronaldo, Dieqo Maradona kimi tarixi oyunçular var... Lakin düşünürəm ki, heç vaxt belə erkən yaşda kimsə bu qədər çox qazanmayıb!"
Bəzilərinin arxayınlaşacağını düşündüyünü qeyd edən gənc istedad məqsədinin hələ bitmədiyini vurğulayıb: "İnsanların belə bir düşüncəsi var ki, qazandığıma görə bəlkə də nə vaxtsa rahatlaşacağam... Amma mən bilirəm ki, futbol tarixində qalmaq üçün hələ minlərlə işim var."


