Kataloniya təmsilçisi "Barselona" komandanın gənc istedadı Jerar Martinlə yeni sözləşmə imzalanması istiqamətində rəsmi müzakirələrə start verib.

Offsideplus.az xəbər verir ki, ​son dövrlərdə oyununu əhəmiyyətli dərəcədə inkişaf etdirən müdafiəçi baş məşqçi Hansi Flikin sistemində əvəzolunmaz fiqurlardan birinə çevrilib.

Klub rəhbərliyi onun bu yüksələn performansını dəyərləndirərək uzunmüddətli əməkdaşlığı təmin etməkdə qərarlıdır.