"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqaya yollanmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, Fil dişi sahilindən olan təcrübəli cinah oyunçusu Vilfrid Zaha "Qalatasaray" ilə yollarını ayırdıqdan sonra azad agent statusu qazanıb. Futbolçunun xidmətləri İspaniya təmsilçisi "Malaqa"ya təklif edilib.
Karyerası ərzində "Şarlotta" komandasında iki dəfə icarə əsasında çıxış etmiş 33 yaşlı futbolçunun yeni karyera addımı ilə bağlı qərarı yaxın vaxtlarda məlum olacaq.



