​"Real Madrid"in baş məşqçisi Joze Mourinyo komandanın cari forması və göstərdiyi nəticələrlə bağlı açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis qısa müddət ərzində əldə edilən irəliləyişdən razı qaldığını bildirib.

​Komandasının oynadığı 6 matçdan yalnız 1-də məğlub olduğunu xatırladan Mourinyo qeyd edib: "Komanda öz yolundadır, öz xətti ilə irəliləyir. Artıq üç aydır birlikdəyik və düşünürəm ki, bu dövr üçün yaxşı çıxış edirik."

​İnkişafın davamlı olacağını vurğulayan baş məşqçi əlavə edib: "Əgər altı aydan sonra da eyni vəziyyətdə olsaq, bundan razı qalmayacağam. Lakin əminəm ki, dörd-beş ay sonra vəziyyət daha yaxşı olacaq, çünki biz həm fərdi, həm də komanda olaraq davamlı inkişaf prosesindəyik."