Azərbaycan Premyer Liqasında mübarizə aparan "Turan" klubu son vaxtlar üzləşdiyi haqsızlıqlarla bağlı rəsmi bəyanat yayıb.

Offsideplus.az xəbər verir ki, klubdan bildirilib ki, komanda həm yaşıl meydanda, həm də meydandan kənarda sistemli təzyiqlərlə qarşı-qarşıyadır.

​Bəyanatda hakim qərarlarına xüsusi diqqət çəkilib: "Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk."

​Klub rəhbərliyi azarkeşlərə müraciət edərək bu çətin dönəmdə bir olmağa çağırıb: "Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız. “Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!"