​"Çelsi" "Roma"nın yarımmüdafiəçisi Manu Kone uğrunda mübarizəni davam etdirir.

Offsideplus.az xəbər verir ki, London klubu əsas rəqibi "Liverpul"un da fransalı futbolçu ilə maraqlandığını öyrəndikdən sonra yanvar transfer pəncərəsi açılan kimi yeni təklif irəli sürməyi planlaşdırır.  

​Yay transfer dövründə 25 yaşlı oyunçu üçün təklif irəli sürən, lakin transferi reallaşdıra bilməyən "Çelsi" rəhbərliyi qışda bu keçidi tamamlamaqda qərarlıdır. İtaliya təmsilçisi "Roma"nın oyunçunu buraxmaq istəməməsinə və müqaviləsinin 2029-cu ilin yayına qədər olmasına baxmayaraq, Premyer Liqa nəhəngləri qiymət məsələsində ciddi mübarizəyə hazırlaşırlar.

Eyni zamanda, "Liverpul" da yarımmüdafiə xəttini gücləndirmək üçün vəziyyəti yaxından izləyir.