Misli Premyer Liqasının 5-ci turunda "Zirə" ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, ​qarşılaşmanı dəyərləndirən təcrübəli mütəxəssis matçın gərgin və sürətli keçdiyini bildirib:

"Maraqlı oyun alındı. Sona qədər gərginlik, sürətli oyun oldu. Ədalətli nəticə bir xal idi. Oyundan-oyuna inkişaf edirik. Xallarımızın üzərinə bir xal gəldi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm."

​Komandada debüt edən oyunçuların çıxışına toxunan baş məşqçi onların performansını normal qiymətləndirib:

"Normal oynadılar. Hər yeni oyunçu üçün şərait yaradırıq ki, atmosferi hiss etsinlər."

​Qurbanov, həmçinin Abbas Hüseynovla bağlı sualı qısa şəkildə cavablandırıb:

"Ona hər şey bildirilib. Bu barədə danışılası nə isə yoxdur."