İngiltərə Premyer Liqasında növbəti möhtəşəm qarşılaşma baş tutub.
Offsideplus.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən Mançester derbisində "Mançester Siti" səfərdə əzəli rəqibi "Mançester Yunayted"i minimal hesabla məğlub edib.
Matçın taleyini həll edən yeganə qolu 60-cı dəqiqədə Erlinq Haaland vurub. Bu qələbədən sonra xallarını 12-yə çatdıran "Şəhərlilər" turnir cədvəlində 2-ci pilləyə yüksəliblər.
Mövsümə çətin start götürən "Qırmızı Şeytanlar" isə 4 xalla 13-cü yerdə qərarlaşıblar.


