Belçikanın Antverpen şəhərində keçirilən 3x3 basketbol üzrə Avropa kubokunda Azərbaycanın qadınlardan ibarət milli komandası 1/4 finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, qrup mərhələsində Niderlanda uduzan (12:21), Ukraynanı isə üstələyən (20:7) basketbolçularımızın növbəti rəqibi Fransa yığması olacaq.
-
16:45 | Fransa – Azərbaycan
Qeyd edək ki, millimiz sonuncu Avropa kubokunun gümüş mükafatçısıdır.


