"LANDAU Lions" bu gün FIBA Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Latviyanın "VEF Riqa" kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:15-də start götürəcək. 

Qeyd edək ki, "LANDAU LİONS" ÇL-də uğursuz nəticə ilə üzləşəcəyi təqdirdə yolunu FIBA Avropa Kubokunun qrup mərhələsində davam etdirəcək.

"Şirlər"ə G qrupunda "Prievidza" - "Samobor" cütünün qalibi, "Lions de Geneve", "Benfica", "Bakken Bears Aarhus", "Yukatel Denizli Basket" potensial rəqibləridir.