"İnter" rəhbərliyi aparıcı futbolçularından biri olan Federiko Dimarko ilə yeni sözləşmə imzalamaq üçün rəsmi danışıqları davam etdirir.
Offsideplus.az xəbər verir ki, Milad təmsilçisi təcrübəli sol cinah müdafiəçisinin müqaviləsini 2030-cu ilin yayına qədər uzatmağı planlaşdırır.
Tərəflər arasında gedən müzakirələrin müsbət məcrada irəlilədiyi və klubun onun komandadakı gələcəyini uzunmüddətli sığortalamaqda qərarlı olduğu bildirilir.


