İngiltərə Premyer Liqasında "Mançester Yunayted" və "Mançester Siti" komandaları arasında keçirilən derbidən sonra hakim səhvi rəsmən etiraf olunub.
Offsideplus.az xəbər verir ki Hakimlər qurumu Erlinq Haalandın vurduğu qolla bağlı VAR sistemində yol verilən xətaya görə açıqlama yayıb.
Açıqlamada qol epizodunda ofsayd xəttinin yoxlanıldığı, lakin hücumun davamında digər oyunçunun mövqeyinin təsirinin VAR hakimi tərəfindən düzgün qiymətləndirilmədiyi qeyd edilib.
Qurum baş hakimə monitora baxaraq epizodu yenidən izləməyin tövsiyə olunmalı olduğunu vurğulayaraq səhvi boynuna alıb və "Mançester Yunayted" klubu ilə əlaqə saxlanıldığını təsdiqləyib.


