"Paris Sen-Jermen"in ulduz futbolçusu Usman Dembele matçdan sonra verdiyi açıqlamalarda karyera yolu və çəkdiyi zəhmət barədə səmimi etiraflar edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli hücumçu hər zaman ağır zəhmət hesabına irəlilədiyini vurğulayıb.
Karyerası boyunca heç vaxt favorit oyunçu olmadığını qeyd edən Dembele bildirib: “Əvvəl dediyim kimi, mən heç vaxt 'seçilmiş' olmamışam. İnanılmaz dərəcədə çox çalışmalı olmuşam."
Keçən il əməyinin qarşılığını aldığını xatırladan futbolçu cari mövsümə sakit yanaşdığını qeyd edib: “Ötən il bunun üçün mükafatlandırıldım. Bu il? Görəcəyik, mən rahatam. Həmişə sinfin arxasında olub çox işləmişəm. Karyeram boyu bir kəlmə də danışmamışam. Sadəcə işləmişəm.”


