PSJ-in baş məşqçisi Luis Enrike Liqa 1-in 4-cü turunda "Brest" üzərində 1:0 hesablı qələbədən sonra Aşraf Hakiminim zədəsi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi 39-cu dəqiqədə əvəzlənib.

Luis Enrike bildirib: "Zədənin nə dərəcədə ciddi olduğunu bilmirəm. Tibbi müayinədən sonra baxacağıq. Ciddi bir şey yoxdur, amma müəyyən zədə var".