PSJ-nin baş məşqçisi Luis Enrike "Brest" üzərində 1:0 hesablı qələbəni dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis Liqa 1-in dördüncü turunda əldə olunan nəticədən razı qalmadığını bildirib:
"Qələbəyə baxmayaraq, komandanın oyunundan razı deyiləm. Əslində, ilk üç oyunda qələbə qazanmasaq da, daha çox razı idim. Bu gün çoxlu səhvlərə yol verdik. Brestdə oynamaq həmişə çətindir. Rəqib çox kombinasiyaya ehtiyac duymadan qol vəziyyətləri yarada bilir. Müdafiədə yaxşı oynadıq, amma yenə də səhvlər etdik. Belə açıq səhvlər edəndə adətən qalib gəlmək olmur. Qapımızdan qol buraxmamağımız inanılmazdır. Qələbə qazansaq da, bu dəfə ən çox narazı və məyus olduğum oyundur."
Luis Enrike əlavə edib ki, əvvəlki üç oyunda müdafiədə daha etibarlı çıxış etsələr də, rəqiblər yenə də qol vurmuşdu:
"Bu dəfə isə əksinə oldu. Mənim üçün bu, Liqa 1-dəki dörd oyunumuz arasında ən zəifidir. Qələbəyə baxmayaraq, narazıyam."


