Denver Nuggets-in aparıcı oyunçularından Aaron Qordon komanda yoldaşı Peyton Uotsonun "Denver"dən ayrılması barədə fikirlərini bölüşüb. O, münasibətlərinin meydançadan kənarda da davam etdiyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Qordon açıqlamasında bunları deyib: "Peyton mənim üçün qardaş kimidir. Aramızdakı münasibət sadəcə basketbolla məhdudlaşmır. Ailələrimiz eyni kilsəyə gedir. Onun üçün və hazırda düşdüyü vəziyyət üçün sevinirəm. Əlbəttə, onu komandada saxlamaq istərdik. Amma hər şey məhz belə olmalı idi". Xatırladaq ki, bu yay Uotson çoxtərəfli mübadilə nəticəsində "Denver"dən "Klivlend Kavalers"ə keçib və yeni klubu ilə 88 milyon dollar dəyərində dördillik müqavilə imzalayıb.