"Nyu-York Niks"in 53 ildən sonra qazandığı NBA çempionluğu komandanın yeni mövsümdəki ilk ev oyununa bilet qiymətlərinin kəskin artmasına səbəb olub.
Offsideplus.az xəbər verir ki, 20 oktyabrda "Filadelfiya Seventi Siksers"ə qarşı keçiriləcək açılış matçına ən ucuz biletin qiyməti 1346 dollar təşkil edir. Bu, ötən mövsümün açılış oyununa ən əlçatan biletin qiymətindən 526 faiz çoxdur. Yalnız NBA final seriyasının üçüncü və dördüncü oyunlarında biletlər daha baha satılıb.


