Məşhur UFC döyüşçüsü Xamzat Çimayev karyerası ərzində yaşadığı ciddi sağlamlıq problemləri barədə açıqlama verib. O bildirib ki, bir çox zədə və əməliyyatlara baxmayaraq, döyüşməkdən imtina etmir.

Offsideplus.az xəbər verir ki, Çimayev son açıqlamasında belə deyib: "Oktyabrda döyüşmək istədim, indi isə dekabr üçün çalışıram. Əgər heç nə alınmasa, fasilə verəcəyəm. Çoxlu zədəm var, onları sağaltmalıyam. Əməliyyatları gecikdirirəm və hər döyüşə hansısa problemlə çıxıram. İnsanlar bilir ki, tez-tez xəstələnirəm. Qalxanabənzər vəzimin yarısı yoxdur, yeddi dəfə narkoz almışam, altı əməliyyat keçirmişəm, çoxlu zədələrim var. Yəqin ki, bu, taleyin yazısıdır, amma yaşamaq lazımdır."

Çimayev Şon Striklendə məğlubiyyəti barədə də danışıb: "Çəki salanda huşumu itirirdim. Əgər insanlar məni dinləsəydi, bu döyüş baş tutmazdı."