UFC-nin keçmiş çempionu Aleks Pereyra braziliyalı döyüşçü Paulo Kostanın ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib. Pereyra Kostanın onu yarım ağır çəkiyə qayıtmağa çağırmasına cavab verib və bu qarşılaşmanın baş tutmasını istədiyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Pereyra açıqlamasında bunları deyib: "Baxın, Kosta nə əldə edib, mən nə etmişəm. Gəlin döyüşək və bu məsələni bağlayaq. Kosta bilir ki, mənim haqqımda danışmaq ona diqqət gətirir, mən isə asanlıqla motivasiya olan adamlardanam. Artıq 39 yaşım var, vaxt azalır. Ağır çəkidə döyüşmək istəyirəm, çünki hədəflərimə çatmaq üçün şansım var. Əgər bu şansın yalnız yarım ağır çəkidə olduğunu görsəm, dərhal Hanter Kembelə zəng vurub deyəcəyəm: 'Kosta döyüşmək istəyir? Onu mənə verin. O, müqaviləni uzatmaq istəmir və son döyüşünü keçirmək istəyir? Qoy onu mənimlə qarşılaşdırsınlar. Əgər yeni müqavilə imzalamaq istəmirsə, ona qəfəsdə əsl cəhənnəm yaşadacağam.'"