“Hər iki hissədə kifayət qədər qol epizodu yaratdıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Şamaxı"ya qarşı keçirdikləri matçla (1:1) bağlı fikirlərini bölüşüb: "Bu gün yalnız bir xal qazanmağa layiq deyildik. Komandada müəyyən irəliləyiş görürəm. Rəqib təhlükəli komandadır. Göründüyü kimi, hələ üzərimizdə işləməli olduğumuz məqamlar var. 

Qarşıda fasilə olacaq. Bir tərəfdən bu, yaxşıdır, çünki hazırlıq üçün vaxtımız var. Ancaq çox güman iki futbolçumuz milli komandaya yollanacaq və hazırlığı tam heyətlə keçirə bilməyəcəyik.İstənilən halda, futbolçularımızın milliyə dəvət alması ilə fəxr edirəm”.