Britaniyalı televiziya aparıcısı və "Arsenal" azarkeşi Pirs Morqan London klubunun "Sanderlend" üzərində 2:0 hesablı qələbəsinə emosional reaksiya verib.
Offsideplus.az xəbər verir ki, Morqan "Çempionlar çempion kimi oynayır. 'Arsenal' möhtəşəm çıxış etdi. Mənim fikrimcə, oyunun ən yaxşı futbolçusu Deklan Raysdır – dünyanın ən yaxşı yarımmüdafiəçisi üçün növbəti əla matç idi", – deyə bildirib.


