FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Offsideplus.az "The Touchline"ə istinadən xəbər verir ki, o, gələnilki seçkilərdə namizəd olacağını bildirib:

"Bilmək istəsəniz, mənim platformam və ya şüarım çox sadədir, eyni zamanda çox aydındır: "Futbol bütün dünyada hər kəsə məxsusdur. Biz buna çalışırıq. Mən də buna çalışıram. Biz FIFA olaraq buna nail olmağa çalışırıq".