Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası Türkiyənin Yalova şəhərində keçirilən "EVOQ Challenge Cup Pre Season Yalova" beynəlxalq turnirində gümüş medal qazanıb.

Offsideplus.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-16 yığmamız mövsümöncəsi yarışın qrup mərhələsində keçirdiyi 3 qarşılaşmanın hamısında qalib gələrək adını finala yazdırıb:

  • Azərbaycan U-16 94:43 Viktor Sanikidze Academy Basketball

  • Azərbaycan U-16 65:54 Bakırköy Kartaltepe

  • Azərbaycan U-16 54:53 Eskişehir Gelişim Falcons

Həlledici final oyununda isə "Konya Diltaş Basketbol" klubu ilə qarşılaşan basketbolçularımız gərgin keçən matçda 69:73 hesabı ilə məğlub olaraq turniri 2-ci pillədə başa vurublar.