Yunanıstan və Avropa çempionu "Olimpiakos"un yeni mövsüm öncəsi təşkil etdiyi ənənəvi Media Günündə komandanın müdafiəçisi Tayler Dorsi səmimi açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, Dorsi yay transferləri ilə güclənən "Olimpiakos"un daha sürətli və fərqli üslubda çıxış edəcəyini bildirib. O, şəxsi ambisiyalarının hüdudsuz olduğunu vurğulayıb və Avropanın ən yaxşı basketbolçusu olmağa can atdığını qeyd edib.
Dorsi həmçinin müqaviləsinin bu mövsüm başa çatacağını xatırladıb və bu vəziyyətdə olmağın narahatlıq yaratdığını gizlətməyib.


