"Boston Seltiks" yay transfer pəncərəsində azad agent statusu alacağı gözlənilən Devin Karterin heyətə cəlb olunmasında maraqlıdır.
Offsideplus.az xəbər verir ki, 2024 NBA dreftində 13-cü seçim olan müdafiəçi Devin Karter bu yay əvvəlcə "Sakramento Kinqs"dən "Atlanta Houks"a göndərilib, daha sonra isə klubdan ayrılıb. Karter debüt mövsümündə imzaladığı müqavilənin yalnız iki ilini başa vurub. Onun ötən mövsümdə orta hesabla 18,4 dəqiqəyə 8,9 xal, 3,3 ribaund və 2,7 assistlə yadda qaldığı, üçxallıq atışlarda isə 26,3 faiz dəqiqlik göstərdiyi qeyd olunub.


