"Milan"ın baş məşqçisi Ruben Amorim Qonsalu Ramuşun ünvanına səslənən tənqidlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis A Seriyasının ilk 3 oyununda hücumçunun yalnız bir qol vurmasına toxunub. "Yuventus"a qarşı (1:1) bütün komanda uğursuz çıxış etdi, məsələ təkcə Ramuşda deyil. O, topu qəbul edəndə komanda ilə əlaqə çatışmırdı. Lakin "Torino" (2:1) və "Venetsiya" (2:0) ilə oyunlarda Qonsalu çox yaxşı təsir bağışladı. Onun ən yaxşı futbolunu göstərə biləcəyini bilirik – ilk iki oyunda da belə oldu", – deyə Amorim vurğulayıb.


