"Milan"ın baş məşqçisi Ruben Amorim komandanın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hər məşqdə daha yaxşı olmağın vacibliyini vurğulayıb:

"Düşünürəm ki, biz hər məşqdə daha yaxşı olmalıyıq. Oyunçularımın bunu başa düşəcəyini gözləyirəm. Bu, bir az ağır nümunədir, amma təsəvvür edin ki, təyyarə qəzası baş verir: biz bundan dərs çıxarırıq. Ən uğurlu nümunə deyil, amma nə demək istədiyimi anlayırsınız. Əgər nəsə düzgün getmirsə, çoxlu məlumat əldə edirik və bunu məşqlərdə nəzərə alırıq. "Yuventus"la oyunda müəyyən epizodlar oldu ki, oyunçularım artıq nə etməli olduqlarını başa düşürlər. Ona görə də inanıram ki, irəliləyəcəyik, sadəcə sabahı gözləmək lazımdır", – deyə Amorim cümə günü keçirilən mətbuat konfransında bildirib.