İngiltərə təmsilçisi "Liverpul" təcrübəli qapıçı Alisson Bekerlə yollarını ayırmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klubun braziliyalı qolkiperə yeni sözləşmə təklif etmək niyyətində olmadığı bildirilir.
33 yaşlı futbolçunun gələn yay sərbəst agent statusu qazanaraq "Anfild"i tərk edəcəyi gözlənilir. Bununla da Alissonun "Liverpul"da səkkiz il davam edən uğurlu və parlaq dövrü yekunlaşacaq.


