"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Kilian Mbappeyə ünvanlanan tənqidlərə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə fikirlərini belə ifadə edib: "Mən tənqid edənlər haqqında danışmıram. Vinisiusla bağlı da eyni məsəli işlədirəm: 'Bu, meyvələrlə dolu bir ağacdır'. Mbappe haqlıdır. 40 qol vuran oyunçu heç vaxt komanda üçün problem ola bilməz. Futbol haqqında danışan, amma bu oyundan başı çıxmayan insanlar var. Elələri də var ki, futboldan anlayışı olsa da, hər şeyi pis tərəfdən göstərmək onlara sərf edir. Mən son dəqiqələrdə komandanın on nəfərlə müdafiə olunduğunu gördüm, Kukurelyanın artıq tam tükəndiyi anlarda Kilian da yorulmuşdu. Mən bunu müşahidə etdim və baş məşqçi kimi bu davranışı yüksək qiymətləndirirəm. Bu, mənim üçün böyük sevincdir.

Futbolu mənim qədər bilən insanlar da bunu gördü, amma danışmadılar. Sonra deyirlər ki, biz pis müdafiə etdik, üç-dörd qol buraxa bilərdik. Amma heç vaxt demirlər ki, səkkiz qol da vura bilərdik. Bəzən çox darıxdırıcı oyunlar olur, bəlkə bizdə də belə matçlar olacaq. Çempionlar Liqasında elə qarşılaşmalar olur ki, komandalar bir-birindən ehtiyat edir, heç kim risk etmir və azarkeşlər narazı qalır. Bəli, bizə dörd qol vura bilərdilər, amma biz də səkkiz qol vura bilərdik. Futbolu mənim qədər bilənlər bunu görür, amma danışmırlar. Niyə? Qələbəmizə sevinmirlər? Biz birliyik. "Betis"lə oyunda xal itirdik, amma sədaqətimiz və fədakarlığımız dəyişməyəcək. İnsanları sevindirmək üçün əlimizdən gələni edəcəyik".