Kilian Mbappe gənc futbolçular arasında "Barselona"nın cinah oyunçusu Lamin Yamalı xüsusi qeyd edib.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in hücumçusu bu barədə fikirlərini bölüşüb: "Mövcud nəsildən məni təsirləndirən oyunçular çoxdur. Konkret ad çəkmək istəmirəm, çünki kimisə unutmaq istəməzdim. Düşünürəm ki, dünyanın ən yaxşı 10-15 oyunçusu ilə bağlı hamı razıdır. Gənclər arasında Yamal seçilir. Onun hər cür keyfiyyəti var. Mənə Estevao da xoş gəlir, o, xüsusi yaradıcılığa malikdir. Güler də böyük uğur qazana bilər. Endrikdə potensial var, o, qolçudur. Uorren və Dezire də şübhəsiz ki, parlaq karyera quracaqlar".


